Müsəlman ölkələri bu gün Məhəmməd Peyğəmbərin doğum gününü qeyd edir


Bu gün müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin (s.a.v) mövludu günü kimi qeyd olunur.
Yeniavaz.com
xəbər verir ki, hicri-qəməri təqvimlə İslam Peyğəmbərinin anadan olduğu gün Rəbiüləvvəl ayının 12-nə uyğun gəlib. Bu il həmin tarix mövcud təqvimdə oktyabrın 17-nə düşür. Həmin gün müsəlman ölkələri arasında Mövlud Qəndili günü kimi tanınır.
Qeyd edək ki, sonuncu Peyğəmbərin doğum ilinin 570-580-ci illər arasında olduğu bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top