Gürcüstanda bir gündə 4581 yoluxma – 5-ci dalğa elan edildi


Gürcüstan koronavirus infeksiyasının yayılmasının beşinci dalğasının başladığını elan edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze məlumat verib. O bildirib ki, yoluxma sayı xeyli artıb və bu beşinci dalğanın başladığı deməkdir:
“Təəssüf ki, bu dalğa yüksək sürətlə başladı. Maska taxın, məsafənizi qoruyun, kütləvi toplaşmalardan qaçın və peyvənd olun”.
Qeyd edək ki, Gürcüstanda son 24 saat ərzində 4581 yeni yoluxma hadisəsi qeydə alınıb. Pandemiya başlayandan bəri isə 3,7 milyondan çox əhalisi olan Gürcüstanda 662 min 334 nəfər koronavirusa yoluxub, 9 min 468 xəstə isə dünyasını dəyişib.


 

DİGƏR XƏBƏRLƏR

Top