ABŞ F-35 əvəzinə Türkiyəyə nə təklif edib? – Ərdoğan açıqladı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfər öncəsi mətbuat konfransı keçirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan ABŞ-dan yeni F-16 qırıcılarının alınması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O bildirib ki, Türkiyənin F-35 qırıcıları üçün ABŞ-a 1,4 milyard dollar ödəməsinə baxmayaraq ölkə proqramdan kənarlaşdırılıb. İndi isə həmin pul əvəzinə Türkiyəyə yeni F-16 qırıcı təyyarələri təklif olunub.
Xatırladaq ki, bir neçə gündür Türkiyənin ABŞ-dan yeni F-16-lar alacağı ilə bağlı xəbərlər dolaşırdı.
 

DİGƏR XƏBƏRLƏR

Top