İraqda qəribə hadisə: 2 ay əvvəl ölən qadın seçkilərdə qalib gəldi - FOTO


2 ay əvvəl koronavirusdan ölən qadın İraqda keçirilən parlament seçkilərində qalib elan olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Bildirilib ki, Bağdad sakini Ansam Manuel səsvermədən təxminən iki ay əvvəl yeni koronavirusa yoluxaraq dünyasını dəyişib. Ancaq onun adı qəribə şəkildə siyahıda qaldı və seçkilərdə təxminən 2400 seçicinin dəstəyini aldı. Hadisənin ortaya çıxmasından sonra xalq hökuməti sərt tənqid edərək seçkiləri saxtalaşdırmaqda günahlandırıb. Ölən qadının ailəsi açıqlama verərək bildirib ki, seçkilərdə dostları və tərəfdarları erkən dünyasını dəyişən bu gənc qadına xatirə, minnətdarlıq və hörmət əlaməti olaraq səs verdilər. 
Hökumət mənbələri isə bildirib ki, ölən qadının adı texniki səbəblərə görə, yanlışlıqla seçki bülletenlərindən çıxarılmayıb. Bir çox seçici namizədin öldüyünü bilmədən ona səs verib.

Fotoda: Ansam Manuel
 

DİGƏR XƏBƏRLƏR

Top