Müstəqillik Gününə həsr olunan marafonun qadın qalibi açıqlandı - YENİLƏNİB


Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə keçirilən marafonun qadın iştirakçıları arasında da qalib məlum olub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Ketevan Samsonadze qaçış məsafəsini qadınlar arasında ilk qət edib.

O, qadın yarışçılar arasında birinci yeri tutduğundan sevinc hissi keçirdiyini deyib. Marafonçu dost Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və yarış təşkilatçılarına təşəkkürünü bildirib.

Yarış iştirakçılarının hamısı finiş xəttini keçəndən sonra Rustavidə Heydər Əliyev adına parkda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Xatırladaq ki, 30 kilometrlik məsafəli Tbilisi-Rustavi marafonuna yerli vaxtla saat 10:05-də Heydər Əliyev adına parkın yaxınlığından start verilib. Qaçışa 300-ə yaxın iştirakçı qatılıb. 


***10:20

Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi və Rustavi şəhərləri arasında marafona start verilib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Tbilisidəki Heydər Əliyev adında parkdan başlayan marafonun məsafəsi 30 kilometr təşkil edir.

Yarışa 300-ə yaxın iştirakçı qatılıb. Rustavi şəhərindəki Heydər Əliyev adına parkın yaxınlığındakı finiş xəttini keçən kişi və qadın kateqoriyası üzrə ilk üç yeri tutacaq marafonçular medal, diplom və müxtəlif hədiyyələrlə, həmçinin finişə çatan digər yarış iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.

Marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top