Mingəçevir icra başçısı turnir qaliblərini mükafatlandırdı - FOTO


Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına əsasən şəhər ərazisində 18 Oktyabr – Müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Yeniavaz.com
xəbər verir ki, icra hakimiyyətinin başçısı İlham İsmayılov bu çərçivədə ali və orta ixtisas məktəblərinin futbol komandaları arasında keçirilən turnirin qaliblərinin mükafatlandırma mərasimində iştirak edib.
İlham İsmayılov qalib komandaların üzvləri və tədbir iştirakçıları qarşısında geniş nitqlə çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rolunu vurğulamaqla yanaşı, dahi liderin zərgər dəqiqliyi ilə hesablanmış strateji siyasi xəttinin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin öz suverenliyini qoruyub saxladığını, ildən-ilə gücləndiyini və inkişaf etdiyini söyləyib. Prezidentimiz İlham Əliyevin ulu öndərin siyasi xəttinin ən layiqli davamçısı kimi Azərbaycan xalqının firavanlığı və inkişafı naminə geniş fəaliyyətindən ətraflı söz açan İlham İsmayılov, eyni zamanda bildirib ki, müzəffər ali baş komandanımızın dəmr yumruğuğunun ətrafında xalqımızın birləşməsi və düşmənə sarsıdıcı zərbə endirməsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Torpaqlarımızın azad olunması və Azərbaycanın uzun illərdən sonra həmin ərazilər üzərində faktiki sahibliyini rəsmiləşdirməsini ölkəmizin suverenliyinin bərpasının növbəti və sonuncu mərhələsi kimi qiymətləndirən icra başçısı, tarixi zəfərin İlham Əliyevin necə dərin strateji düşüncəyə sahib olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.
İcra başçısı çıxışdan sonra qalib komandaların üzvlərinə diplom və kubokları təqdim edib. Şəhər rəhbəri hər bir komandaya uğurlar və bundan da böyük nailiyyətlər qazanmağı arzulayıb. Sonra şəhər rəhbəri idmançılar ilə birgə xatirə fotosu çəkdirib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top