Azərbaycanda 9,2 milyona yaxın peyvənd vurulub - SON RƏQƏMLƏR


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30619 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18433 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 168 970, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 954 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 214 781 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top