18 oktyabr iş günüdür - RƏSMİ


Xəbər verdiyimiz kimi, Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Qanunu təsdiqləyib.

Qanuna əsasən 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Yeniavaz.com-un məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq.

Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

DİGƏR XƏBƏRLƏR

Top