
Böyük Britanıyanın hakim Mühafizəkarlar Partiyasından olan millət vəkili Devid Amasa öldürülüb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, hadisə deputatın metodist kilsəsində seçicilərlə görüşü zamanı baş verib.
Hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd edilir ki, 25 yaşlı gənc deputata bıçaqla hücum edib.
Polis əməkdaşları millət vəkilinə hücumda şübhəli bilinən gəncin artıq saxlanıldığını bildiriblər. Onun kimliyi və cinayətin səbəbləri hələlik açıqlanmır.