Ərdoğan Azərbaycanla Türkiyə arasında bağlanan müqavilədən DANIŞDI


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan əlavə qaz alınmasına dair imzalanan müqaviləyə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə prezidentinin tvitter səhifəsində paylaşım edilib. O, Avropadakı enerji böhranı fonunda Türkiyə ilə Azərbaycan arasında bağlanan müqaviləyə diqqət çəkib:
"Ehtiyat tədbirlərini gördük. Azərbaycanla aramızda bağlanan bu müqavilə ehtiyat tədbirləri üçündür. Rusiya ilə bağlanan müqavilələr çox həssas məslələrdir. İstər Rusiya, istər İran, istərsə də Azərbaycanla bağlanmış bu müqavilələr belə böhranları yaşamayacağımıza işarədir. Problem təkcə İngiltərədə deyil, bir çox qərb ölkələrində də davam edir. Hal-hazırda belə bir problemimiz yoxdur və biz artıq tədbirlərimizi görmüşük, görürük və bundan sonra da davam etdirəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top