
“Taliban”ın qalası olaraq bilinən Qəndəhar əyalətində məsciddə baş verən partlayış nəticəsində ən azı 30 nəfər dünyasını dəyişib, 200-dən çox insan isə yaralanıb.
Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, Əfqanıstanın Qəndəhar əyalətində şiə məscidində törədilən partlayış nəticəsində ən azı 30 nəfər dünyasını dəyişib, 200 -dən çox şəxs yaralanıb. Faktla bağlı araşdırma başladılıb.
Xatırladaq ki, ötən həftə ölkənin Kunduz əyalətində məscidə bomba hücumu həyata keçirilmişdi. Hadisə nəticəsində 46 nəfər vəfat etmişdi.