Peşə təhsili müəssisələrində sentyabrın 29-da ənənəvi dərslər bərpa ediləndən bu günə qədər koronavirusa yoluxan tələbə və işçi heyətinin sayı açıqlanıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə peşə təhsili müəssisələrində 40 tələbə, 14 işçi heyət nümayəndəsi virusa yoluxub, 14 tələbə, 8 işçi heyət nümayəndəsi virusa yoluxmuş xəstə ilə təmasda olub.
Peşə təhsili üzrə distant təhsilə keçən müəssisə yoxdur.