Niderlandın baş nazirinə qarşı sui-qəsd planlayan türk həbs olunub


Niderland polisi baş nazir Mark Rutteyə qarşı sui-qəsd hazırlamaqda günahlandırılan 22 yaşlı bir türkü həbs edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yavuz O. adlı şübhəli teleqram qruplarında hökumət üzvlərini hədəf alan mesajlar və şərhlər paylaşıb. Xəbərdə deyilir ki, türk gənc Niderland rəsmilərinə qarşı bir teleqram kanalındakı paylaşımın şərh bölməsinə onların Niderlandı məhv etməsi ilə bağlı şərh yazıb:
"Həqiqətən də Niderland onların sayəsində məhv oldu. Hamısını vurmaq üçün lazım olan hər şeyə sahib idinizmi? Maşından pəncərəni aç. Silahını çək və vur".
Bundan sonra onun teleqram mesajında özünə tərəfdar toplamağa çalışdığı bildirilir:
"Əvvəlcə döyüşçüləri götürün. Yalnız hər hansı bir döyüşçünü deyil, nə isə etmək istəyən ciddi insanları... Etirazçılar lazım deyil. Çevriliş edənlər axtarıram. Snayper, atıcılar, silahlar, zorakılıq... Hər şeyə icazə verilir"...
Gəncin bu təhdidindən sonra baş nazirin mühafizə xidmətindəki işçilərin sayı artırılıb.
Yavuz O-nun "De Bataafse Republiek" ictimai teleqram kanalında aktiv olduğu bildirilir. Kanal, bu həftənin əvvəlində orada paylaşılan təxribatçı və təhdid mesajları səbəbiylə məhkəmə tərəfindən bağlanılıb.
Yavuz O-nun gələn həftə Haaqa məhkəməsinə çıxarılacğı qeyd olunur.

 

DİGƏR XƏBƏRLƏR

Top