Saakaşvilinin saxlanıldığı həbsxananın yaxınlığında yanğın - Ölənlər var


Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixail Saakaşvilinin olduğu 12 saylı cəzaçəkmə müəssisəsinə bitişik 17 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın baş verib.  
Yeniavaz.com
"newsgeorgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat verib. Açıqlamada deyilir ki, yanğın zamanı 2 nəfər həlak olub. Yanğının cəzaçəkmə müəssisəsinin mətbəxindən başladığı deyilir. O da bildirilir ki, yanğın məhbusların olduğu binadan xeyli uzaqda yerləşir.Yanğını söndürmək üçün əraziyə 6 yanğınsöndürmə qrupu və 11 yanğınsöndürən maşın cəlb edilib.
Hadisənin təfərrüatları ilə bağlı tam məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top