“AA” seriyalı avtomobil qaydalara məhəl qoymadı - VİDEO


Bakıda “AA” seriyalı avtomobil yol hərəkəti qaydasını kobud şəkildə pozub. 
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Lexus” markalı, 99-AA-746 dövlət nömrə nişanlı avtomobil yolun qarşı hərəkət zolağına çıxaraq, qəza şəraiti yaradıb. 
Həmin qayda pozuntusu anbaan qarşıdan gələn avtomobilin içərisində olan videoqeydiyyatçı vasitəsilə lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top