Küçədə aşkarlanan uşağın anası tapıldı - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı növbəti məlumat yayıb.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə həyata keçirdiyi səlahiyyətləri çərçivəsində uşaq və anası tapılıb.

Onun sözlərinə görə, hazırda azyaşlının müalicə üçün tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq işlər aparılır.


***12:58
Ailə, Qadın və Uşaq Problemləti üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə küçədə aşkarlanan uşaq barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

Yeniavaz.com xəbərinə görə, qurumun mətbuat katibi Teymur Mərdanoğlu Report-a bildirib ki, uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı sosial şəbəkələrdə əksini tapan məsələnin həlli, eləcə də uşağın hüquqlarının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər birinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməkdədir.
"Vətəndaşlara bu məsələlərə həssas yanaşdıqlarına görə təşəkkür edirik. Eyni zamanda belə hallarda təcili müdaxilə edilməsi məqsədilə birbaşa aidiyyəti dövlət orqanlarına məlumat verməklərini xahiş edirik" - Dövlət Komitəsindən bildirilib.


***10:40
"Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədəki hesabında yazıb. E. Hacıyev bildirib ki, həmin azyaşlı anasının yanındadır: " Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib".

DİGƏR XƏBƏRLƏR

Top