Yunanıstan və ABŞ arasında saziş imzalandı


Yunanıstanın xarici işlər naziri Nikos Dendias ABŞ Dövlət katibi Antoni Blinken ilə keçirdiyi mətbuat konfransından sonra Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişinə İkinci Dəyişiklik Protokolunu imzalayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Dendias müqavilənin imzalanması ilə bağlı məlumatı mətbuat konfransında elan edib. Bildirilib ki, o, Yunanıstan-ABŞ Strateji Dialoqunun üçüncü turuna qatılmaq üçün ABŞ-a iki günlük səfər edib. Səfər çərçivəsində ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, Dendias Avstraliya səfiri Artur Sinodinos və İsrailin xarici işlər naziri Yair Lapidlə də görüşərək, Şərqi Aralıq dənizi, Qərbi Balkan, Yaxın Şərq və Şimali Afrika ilə bağlı məsələləri gündəmə qoyublar.

 

DİGƏR XƏBƏRLƏR

Top