Mingəçevirdə 22 yaşlı gənc intihar edib


Mingəçevirdə intihar hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində mənzillərdən birində qeydə alınıb. Belə ki, 22 yaşlı Tovuz sakini Namil Məmmədov kirayə yaşadığı mənzildə özünü asaraq intihar edib. Bildirilir ki, intihar edən 22 yaşlı gənc Mingəçevirdə işləyib. İntihara səbəb isə ailə münaqişəsi olub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top