Mingəçevir Turizm Kollecinə direktor təyin edildi


Mingəçevir Turizm Kollecinə yeni direktor təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bu vəzifə Əhmədov Kamala tapşırılıb.
Qeyd edək ki, Əhmədov Kamal Nizami oğlu 26.01.1989-cu il tarixində Mingəçevir
şəhərində anadan olub. 1996-2006-cı illərdə Mingəçevir şəhər
Yaşar Muradov adına 11 nömrəli tam orta məktəbi bitirib. 2009-2013-
cü illərdə Mingəçevir Politexnik İnstitutunun İqtisadiyyat və idarəetmə
fakültəsinin Sənayenin təşkili və idarə edilməsi ixtisasını fərqlənmə
diplomu ilə bitirib.  2013-2014-cü illərdə “Kür” Elektron Avadanlıqları
İstehsalı MMC-də Marketinq meneceri vəzifəsində işləyib. 2014 –2016-
cı illərdə magistr pilləsi üzrə təhsilini davam etdirmək üçün Çexiya
Respublikası, Ostrava Texniki Universiteti, İqtisadiyyat fakültəsinin
“Biznes və marketinq” ixtisasını bitirib. 2017-ci ildə Mingəçevir Dövlət
Universitetində Sənayenin təşkili və idarəetmə kafedrasında müəllim
kimi fəaliyyət göstərmiş və həmin ilin oktyabr ayında ikinci iş yeri
olaraq “Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsində metodist
vəzifəsində fəaliyyətə başlayıb. 2019-cu il iyunun 10-nundan etibarən
Mingəçevir Turizm Kollecində Tədris işləri üzrə direktor müavini
vəzifəsində işləyir. Kamal Əhmədov Mingəçevirin ən fəal gənclərindən biri olub. Ailəlidir, bir övladı var.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top