Bill Klinton xəstəxanaya yerləşdirildi


ABŞ -ın keçmiş prezidenti Bill Klinton qan zəhərlənməsi səbəbilə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Kaliforniya Universiteti Tibb Mərkəzinin əməkdaşları tezliklə evə buraxılacağına ümid etdiklərini bildiriblər. Bu barədə cümə axşamı Ağ Evin keçmiş rəhbərinin həkimləri məlumat veriblər.
"Ağ qan hüceyrələrinin sayı azalır, antibiotiklərə yaxşı cavab verir. Ümid edirik ki, onu tezliklə evə buraxa bilərik "-deyə həkimlər vurğulayıb.
Qeyd edək ki, Ağ Evin keçmiş rəhbərində sidik yolu infeksiyası aşkar edilmişdi. Daha sonra infeksiya qan dövranı sisteminə daxil olub. Lakin müalicəyə yaxşı aparıldığı üçün Klintonun vəziyyətinin düzələcəyi bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top