"Əsgəranda güclü atışma gedir" - Erməni KİV


Qarabağda, Əsgəran qəsəbəsi yaxınlığında güclü atışma səsləri eşidilir.  
Yeniavaz.com xəbər verir ki, bu barədə "Sputnik armeniya" məlumat yayıb. Məlumata görə, atışma Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki qanunsuz erməni silahlı dəstələri ilə Azərbaycan ordusu arasında gedir.
Hadisə nəticəsində ölən və ya yaralanan olub-olmadığı barədə məlumatı yoxdur.
Xatırladaq ki, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top