DGK İrandan Rusiyaya aparılan dərman preparatları aşkarladı - FOTO


Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya “xurma” yükü aparan “Volvo” markalı yük nəqliyyat vasitəsi “Astara” gömrük postunda idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması keçirilib.

Dövlət Gömrük Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top