AMEA-nın mühafizəsi gücləndirilir – Akademiya ərazisində yeni mühafizə postları qurulur


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC-nin “Bakı-3” filialı olub.
“Alov-Mühafizə” MMC Hüseyn Cavid prospektində yerləşən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin tabeliyində olan Akademiya şəhərciyinin ərazisində mühafizə sistemlərini quraşdıracaq. 
Görüləcək işlərin qarşılığında AMEA “Alov-Mühafizə” MMC –yə 27 min 605 manat ödəyəcək.
Qeyd edək ki, “Alov-Mühafizə” MMC 3 ədəd mühafizəçi otağı (kupe), 3 ədəd şlaqbaum, 9 ədəd müşahidə kamerası və mühafizə üçün zəruri olan digər avadanlıqlar quraşdıracaq. 
Məlumt üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”-də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

DİGƏR XƏBƏRLƏR

Top