Bakıda 101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edildi


Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmir yolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınaraq 101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə əsasən, sabahdan marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top