Norveçdə ox və yaydan istifadə edərək 5 nəfəri öldürdü, biri polisdir


Norveçin Kunqsberq şəhərində naməlum bir cinayətkarın hücumu nəticəsində 5 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Norveç Teleqraf Bürosu (NTB) məlumat yayıb. Polis sözçüsü Eyvind Os hücum edən şəxsin saxlanıldığını bildirib:
"5 məfərin öldüyünü, 2 nəfərin yaralandığını, qurbanlardan birinin polis olduğunu təsdiq edə bilərəm".
Hüquq-mühafizə orqanları terror aktı versiyasını da istisna etmirlər. Cinayətkarın insanlara şəhərin bir çox yerində hücum etdiyi qeyd olunur.
E. Os cinayətkarın tək hərəkət etdiyini, ox və yaydan istifadə edərək insanları qətlə yetirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top