Yasamalda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Yeniavaz.com-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.

***20:38
Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "report"a hadisə şahidləri məlumat verib.
Bildirilir ki, yanğın Yasamal yaşayış kompleksində qeydə alınıb.
Yanğına səbəb elektrik xətlərinin alışması göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top