Malili tələbədən Makrona cavab: "Afrikalılar olmasaydı, Fransa olmazdı" - VİDEO


“Afrikalılar olmasaydı, Fransa olmazdı”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Mali vətəndaşı və universitet tələbəsi olan bir gənc Fransa Prezidenti Emmanuel Makrona deyib. O, bunu Fransa prezidentinin ötən həftə səsləndirdiyi “Fransa olmasaydı, Mali olmazdı” fikirlərinə cavab verərkən bildirib.
Hadisə E. Makronun afrikalı gənclərlə görüşü zamanı baş verib. Tələbə bildirib ki, Fransa silahlılarının Malidə olmasının səbəbi köməkdən daha çox öz maraqlarına xidmət edir:
“Bizə kömək üçün gəldiyiniz bəyan etməyin. Terrorçuluq sadəcə Malinin problemi deyil. Sizin üçün də təhlükəlidir. Bizə özümüzü günahkarmış kimi hiss elətdirməyi dayandırın”.
E. Makron isə öz növbəsində belə bir şey etmədiyini və qarşılıqlı hörmət çərçivəsində dialoqu inkişaf etdirməyə çalışdığını bildirib:
“2013-cü ildə Maliyə sadəcə öz mənafeyimiz üçün gəlmədik”.
Fransa prezidenti Livyada xalqın iradəsinə hörmətlə yanaşmadıqlarını da etiraf edib.
Malili tələbə xətasını qəbul etdiyi üçün Makrona təşəkkür edib və əlavə edib:
“Xeyr, bizə kömək üçün burada deyilsiniz, düşmənimiz eynidir və birlikdə mübarizə aparırıq. Son zamanlar Mali haqqında səsləndirilən fikirlər utancvericidir".

DİGƏR XƏBƏRLƏR

Top