Mingəçevirdə narkomaniya ilə bağlı tədbir keçirilib - FOTOLAR


Oktyabrın 13-də Mingəçevirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının tədbiri keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbir Heydər Əliyev mərkəzinin müşavirə zalında keçirilib. Tədbirin birinci hissəsində Narkomalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Şəhər Komissiyasının üzvləri, hüquq mühafizə orqanlarının, narkoloji dispanserin və şəhər təhsil şöbəsinin rəhbərləri, həmçinin İcra Hakimiyyəti başçısının müavini iştirak edib.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdiri Hikmət Kərimov dövlət komissiyası üzvlərini və qonaqları iştirakçılara təqdim edibi.
H.Kərimov daha sonra narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir sıra məsələlərə toxunaraq fikirlərini bölüşüb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən içi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov çıxış edərək, Dövlət Komissiyası tərəfindən həyata keçirilən bir sıra mühüm məsələlər haqqında məlumat verib. O qeyd edib ki, hazırda bu istiqamətdə ölkə daxilində ciddi işlər həyata keçirilir:
“Məqsəd narkomanlığa və narkotik vasitələrin istifadəçilərinə qarşı mübarizəni daha da gücləndirməkdir”.
Tədbirin ikinci hissəsində məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, məktəblərin pisixoloqları iştirak ediblər. Onlara narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı aparılan mübarizəni əks etdirən videoçarxlar göstərilib, məsləhətlər verilib.
Sonda iştirakçıların bir qrupuna sertifikatlar verilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top