Nəşi tapılan Azərbaycan hərbçisi barədə rəsmi açıqlama - YENİLƏNİB


Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki,  Baş Prokurorluğun Mətbuat xidmətindən itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyitinin tapılaraq şəxsiyyətinin müəyyən edildiyi bildirilib.
Qeyd olunub ki, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

***18:38
Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib. O, bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.
Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!


DİGƏR XƏBƏRLƏR

Top