Koronavirusa yoluxanların sayı AÇIQLANDI


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib. 13 241 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, bu günə qədər isə ümumilikdə 4 979 535 test icra olunub.

DİGƏR XƏBƏRLƏR

Top