
Kosovoda polislər apteklərdə və pərakəndə satış məntəqələrində əməliyyatlar keçirdikdən sonra insanlar küçələrə axışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kosovo Online” portalı məlumat yayıb. Nümayişçilər bir neçə küçəni bağlayaraq maşını yandırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Zərərçəkənlər və saxlanılanlar barədə məlumat verilmir.