Sabah Gürcüstanda mitinq keçiriləcək – Saakaşvilidən çağırış


Sabah Gürcüstanda keçmiş prezident Mixail Saakaşviliyə görə mitinq keçiriləcək.
Yeniavaz.com
“interfax”a istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Bek Basilai məlumat yayıb. O bildirib ki, keçmiş prezident aclıq aksiyasına davam edir:
“Saakaşvili aclıq aksiyasını dayandırmayacaq. Mənəvi cəhətdən çox möhkəmdir. Sabah ölkədə mitinq baş tutacaq. Mişa gürcü xalqını aksiyalara çağırır”.
Qeyd edək ki, Mixail Saakaşvili 29 sentyabrda gizli şəkildə Gürcüstana gəlmiş, oktyabrın 1-də isə polis tərəfindən saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top