Dəhşətli qəzaya səbəb olan 19 yaşlı sürücünün FOTOLARI - Tələbə olub


Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Yeniavaz.com xəbər verir ki, aeroport yolunda sərnişin avtobusuna çırpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub. 
Bildirilir ki, bu şəxs Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğludur.
M.Əzizovun şübhəli şəxs qismində saxlanıldığı qeyd olunur.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza zamanı idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilin bu ilin yanvar ayından idarə edir.



DİGƏR XƏBƏRLƏR

Top