Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb


Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

Yeniavaz.com xəbər verir ki, bunu Report-a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.
O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tədricən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".

DİGƏR XƏBƏRLƏR

Top