Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başa çatıb - YENİLƏNİB


Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub.

***12:00
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.
Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.
Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş
keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top