Göygöldə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanıldı


Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Pərviz Həsənovv saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, RPŞ-də saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda, müxtəlif bükümlərdə narkotik maddə olan “metamfetamin”, “heroin” və narkotik vasitə olan qurudulmuş “marixuana”, həmçinin həmin narkotikləri qablaşdırmaq üçün xüsusi vasitələr aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top