Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananlardan 16 nəfəri Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu haqda Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov Real TV-nin canlı efirində məlumat verib.
Həkim bildirib ki, xəstəxanaya daxil olan yaralılardan ikisi əməliyyat olunub.
“Bir nəfərin dalağı zədələndiyinə görə əməliyyat olunaraq çıxarılıb. Digərinin isə ayağı baldırdan amputasiya olunub.
Yaralılardan 4-ü ağır vəziyyətdə olduğuna görə reanimasiyaya yerləşdirilib. 4 nəfərin isə müayinədən sonra vəziyyətinin yüngül olduğu məlum olub və onlar ambulator müalicəyə göndərilib. Bizim xəstəxanaya gələnlər arasında ölüm halı qeydə alınmayıb”.
M. Məmmədov əlavə edib ki, digər yaralılar hazırda nəzarətdədir və müalicəni davam etdirirlər. Vəziyyətləri orta və kafi qiymətləndirilir.
Qeyd edək ki, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 21 nəfər 11 kişi, 10 qadın müxtəlif xəsarətlərlə xəstəxanaya 8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya çatdırılıb.
Qeyd edək ki, ilkin məlumata görə, qəza nəticəsində 5 nəfər dünyasını dəyişib.