Ən yeni S-500 zenit-raket kompleksi Rusiyanın Aerokosmik Qüvvələrinin 15-ci Xüsusi Təyinatlı Ordusuna daxil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. S-500 hava hücumundan müdafiə sistemlərinin ilk briqada dəstəsi Moskva səmasını qoruyacaq şəkildə hazır vəziyyətə gətirilib. İkinci S-500 hava hücumundan müdafiə sistemlərinin isə 2022-ci ilin birinci yarısında Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.