Bakıda bu yolda hərəkət məhdudlaşdırılır - DİQQƏT


Oktyabrın 13-16-da Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top