Məktəb direktoru koronavirusdan vəfat etdi


Sumqayıt şəhərinin 28 nömrəli tam orta məktəbin direktoru Ağayev Mehdi Qəyyum oğlu vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.

Məlumata görə, bir müddət öncə COVİD-19-a yoluxan direktor 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Ağayev son parlament seçkilərində Sumqayıt 41 saylı birinci seçki dairəsinin 1 saylı məntəqəsinin sədri idi.

DİGƏR XƏBƏRLƏR

Top