BMT-nin maşını Qaxda qəzaya düşdü, yaralılar var


Qaxda motosikletlə avtomobil toqquşub, iki nəfər ağır xəsarət alıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax-Qum avtomobil yolunda baş verib.

İlkin məlumata görə, “Toyota” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, minik avtomobili BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top