Paşinyan Putinlə görüşmək üçün Moskvaya gəldi


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Mane Qevorkyan öz feysbuk hesabında məlumat verib. O bildirib ki, Nikol Paşinyan Rusiya Federasiyasında işgüzar səfərdədir.
Paşinyanla Putin arasında görüşün Moskva vaxtı ilə saat 17: 00-da (Bakı vaxtı ilə 18:00) olacağı gözlənilir. 
Xatırladaq ki, bu il Putin və Paşinyan arasında 3 dəfə görüş keçirilib, 10 dəfədən çox telefon danışığı aparılıb.
Qeyd edək ki, görüşdə Ermənistan və Rusiya liderlərinin Qarabağla bağlı bəyanatların həyata keçirilməsi, bölgədəki vəziyyət, Ermənistan-Rusiya münasibətləri, həmçinin qarşılıqlı əlaqələr kimi məslələr müzakirə ediləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top