Maliyyə Nazirliyi tərəfindən açıqlanan sonuncu məlumata görə Azərbaycanın xarici dövlət borcu 7 milyard 839 milyon dollara (13 milyard 326 milyon manat) bərabər olub.
Yeniavaz.com xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 16,6% təşkil edib.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
Adambaşına düşən xarici dövlət borcumuz 773 dollara (1 314 manat) çatıb.
Məlumat üçün bildirək ki, bu ilin əvvəli ilə müqayisədə xarici dövlət borcumuz 3,2% və ya 261,4 milyon dollar (444,4 milyon manat) azalıb.
10 il əvvəl ilə - 2011-ci illə müqayisədə isə xarici dövlət borcumuz təxminən 2 dəfəyə yaxın artıb.
Qeyd edək ki, son 11 ildə xarici dövlət borcumuz aşağıdakı kimi olub:
2011-ci il Yanvar – 3 857,3 milyon dollar
2012-ci il Yanvar – 4 816,7 milyon dollar
2013-cü il Yanvar – 5 708,4 milyon dollar
2014-cü il Yanvar – 4 753,2 milyon dollar
2015-ci il Yanvar – 6 478,2 milyon dollar
2016-cı ıl Yanvar – 6 894,3 milyon dollar
2017-ci il Yanvar – 6 913,2 milyon dollar
2018-ci il Yanvar – 9 398,3 milyon dollar
2019-cu il Yanvar – 8 927,1 milyon dollar
2020-ci il Yanvar – 8 320 milyon dollar
2021-ci il Yanvar – 8 100,4 milyon dollar
2021-ci il İyul – 7 839 milyon dollar