Azərbaycanda bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Bildirib ki, məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq tutulub: "Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".
Qeyd edək ki, artıq bir müddətdir bankın adından "Whatsapp" vasititəsilə müxtəlif nömrələrdən vətəndaşlara mesaj yazaraq kart məlumatlarını əldə edən şəxslər onların hesablarındakı pulu ələ keçirirdilər.