“Atam 41 il hüquq-mühafizə orqanlarının işçisi olub. Belə özbaşınalıq, vicdansızlıq olmaz ki, xəstə cibindən əşyaları götürülsün”
Yeniavaz.com xəbər verir ki, bunu atası koronavirusa yoluxduğu üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) modul tipli xəstəxanasına yerləşdirilən müğənni Nicat Məhərrəmov deyib.
Müğənni bildirib ki, FHN-ə müraciət etsə də şikayətinə baxılmır:
“Atam insult keçirib, hospitalda yatırdı. Sonra koronavirusa yoluxduğu üçün sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik. Təəssüf ki, sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər və bank kartları yoxa çıxıb. Həmin xəstəxana “qırmızı zona” olduğu üçün, heç bir xəstə yaxını girə bilmir. Bunu ya həkim, ya xadimələr, ya da başqa işçilər edib. Xəstəxanada özbaşınalıq olub. Şikayət etmişəm, amma hələ də deyirlər ki, araşdırma gedir.