Keşlə sakini: “Kanalizasiya 15 gündür tutulub, “Azərsu” müraciətlərimizə baxmır” - FOTOLAR


“Kanalizasiya 15 gündür tutulub, gələn yoxdur, su mərkəzi küçəyə axır”.
Yeniavaz.com
xəbər verir ki,bunu Nizami rayon Keşlə qəsəbəsinin sakini Gülşən Məmmədova deyib. O bildirib ki, söhbət qəsəbənin Davud Aslan 2 ünvanından gedir:
“Kanalizasiya 15 gündür tutulub, gələn yoxdur. Kanalizasiya suları mərkəzi küçəyə axır. Dəfələrlə “Azərsu”nun qaynar xəttinə müraciət etmişəm. Heç bir reaksiya verməyiblər. Problemi 14 ev yaşayır. Məsələdən yerli icra nümayəndəsi də, Nizami Rayon İcra Hakimiyyəti də məlumatlıdır. Hətta 4 aydır buradakı kanalizasiya borularının dəyişdirilməsi üçün icra hakimiyyətinə ərizə ilə müraciət də etmişik, lakin baxan yoxdur”.
G. Məmmədova sözügedən ərazidən fotolar da təqdim edib:

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Nizami Rayon İcra Hakimiyyətindən isə vətəndaşlardan quruma məsələ ilə bağlı hər hansı müraciətin daxil olub-olmamasının araşdırılacağı bildirildi.

DİGƏR XƏBƏRLƏR

Top