Sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Məsələ barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. O qeyd edib ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü həbs edilib: “535-ci maddəyə uyğun olaraq 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu barədə bir ay müddətində həbs qəti imkan tədbiri seçilib. Eyni zamanda o, iki il sürücülük hüququndan məhdudlaşdırılıb”.
***12:26
Bakıda polislə sürücü arasında insident baş verib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub.
Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elmin Şinası oğlu idarəetdiyi maşınla üç-dörd avtomobilə zərər vurub:
“İnzibati Xəttalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.
O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:
“Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və xidmətdə olan polis əməkdaşı onu saxlayıb. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan matreallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”.