Lerikdə sürüşmə zonalarında aktivləşmə yaranıb - AÇIQLAMA


"Lerikdə bu gün səhər saatlarından bağlanan yolda hərəkət bərpa olunub".
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.
O bildirib ki, yolda hərəkət hələlik birtərəfli qaydada bərpa olunub: “Bu gün Lerik-Qosmalian-Kəlvəz yolunun 12-ci kilometrliyində torpaq sürüşməsi baş vermişdi. Böyük həcmli torpaq kütləsinin və qaya parçalarının yola tökülməsi nəticəsində yolda hərəkət tam dayanmışdı. 52 saylı Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsinin köməyi ilə yolda hərəkət birtərəfli qaydada bərpa olunub. Bundan başqa son 20 gündə yağan intensiv yağışlar rayonun bir sıra ərazilərində onoloji problemlər yaradıb, sürüşmə zonalarında aktivləşmə yaranıb”.

DİGƏR XƏBƏRLƏR

Top