“İranı buna görə beynəlxalq məhkəməyə verməliyik”


"İranı beynəlxalq məhkəməyə verməliyik və bu ölkə Azərbaycana təzminat ödəməlidir”.

Yeniavaz.com "qaynarinfo"ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa İranın 44 günlük Vətən müharibəsi dövründə qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olmaqla ordumuzun hərbi əməliyyatlarına mane olmağa çalışması faktına beynəlxalq hüquq prizmasından qiymət verərkən deyib:
"İranın bu əməli Azərbaycan ərazilərinə təcavüz etməsi mənasına gəlir. Bu, sübut olunarsa, İran Azərbaycana təzminat ödəməlidir. Çünki həmin olay ərazilərimizin dağıdılması və ermənilərlə birlikdə işğalında İranın birbaşa rolunun olduğunu göstərir. Ona görə də sübutları ortaya qoymaqla Azərbaycan tərəfi İrana qarşı hüquqi iddia qaldırmalıdır. Bu iddianın təsdiqi vacibdir və həmin istiqamətdə işləməliyik. İranı buna görə beynəlxalq məhkəməyə verməliyik”. "İranın vaxtaşırı Azərbaycana qarşı təhdidlə dolu hərəkət və çağırışları təəssüf doğurur”.

DİGƏR XƏBƏRLƏR

Top