Daha bir əmlak şirkəti ləğv olunaraq “PMD GROUP”a qoşulur


“Foton Əmlak” MMC-nin (VÖEN:1405696541) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulur.
Yeniavaz.com
xəbər verir ki, “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “Foton Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Qeyd edək ki, ötən ay daha 2 şirkət “A-GRADE REAL ESTATES” MMC  (VÖEN:1405640551) və “AMAL ƏMLAK” MMC (VÖEN:1405623841) fəaliyyətlərinə xitam verdiklərini və “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.
Adları qeyd olunan şirkətlər təxminən bir ay əvvəl təsis olunublar və hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda -  Neftçilər prospekti ev 153-də yerləşir. 
Onu da qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC-nin “Paşa Holdinq”ə bağlı olduğu bildirilir. Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top